Torpaq sahələri hansı qaydada istifadəyə verilə bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələrinin verilməsi hansı qayda da həyata keçirilir?
Cavab: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən:
Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər.
Sual Şahbuz rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Yaqub Salamzadə tərəfindən cavablandırıldı.








