NDU-da ilk dərslər şəhid ailələri və qazilərlə keçirilib -

NDU-da ilk dərslər şəhid ailələri və qazilərlə keçirilib - FOTO

15 Sentyabr 2026

Naxçıvan Dövlət Universitetində 2026–2027-ci tədris ilinin payız semestrinin ilk dərsləri şəhid ailələri və qazilərin iştirakı ilə keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, artıq 5 ildir ki, universitetdə hər semestrin ilk dərslərinin şəhid ailələri və qazilər tərəfindən keçirilməsi ənənə halını alıb.

Təşəbbüsün əsas məqsədi Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini yaşatmaq, sağlamlığını itirən qazilərin fədakarlığını gənc nəslə çatdırmaq və tələbələri vətənpərvərlik ruhunda tərbiyə etməkdir.