Ordubadda ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi başlanılıb

Ordubadda ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi başlanılıb

17 Noyabr 2026

Naxçıvan-Ordubad magistral yolunun Aşağı Əylis kəndi yaxınlığında baş verən, bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə zamanı “Hyundai” markalı avtomobil aşıb. Nəticədə 1990-cı il təvəllüdlü Hüseynalı Vidadi oğlu Hüseynəliyev həyatını itirib. Avtomobildə olan 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb.