Cinayət işindən sonra inzibati tənbeh üçün 3 ay müddət...

Cinayət işindən sonra inzibati tənbeh üçün 3 ay müddət... HÜQUQ MƏSLƏHƏTİ

14 Sentyabr 2026

Sual: Cinayət işinin başlanması rədd edildikdə, lakin şəxsin əməlində inzibati xəta tərkibi olduqda, inzibati tənbeh hansı müddət ərzində verilə bilər?

Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.

Sual Babək rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Camal Sadiqov  tərəfindən cavablandırıldı.