Naxçıvanın xarici ticarət dövriyyəsi 28 faiz artıb
2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 101 milyon 907,5 min ABŞ dolları təşkil edib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, xarici ticarət dövriyyəsinin 8 milyon 726,1 min dolları və ya 8,6 faizi ixracın, 93 milyon 181,4 min dolları və ya 91,4 faizi isə idxalın payına düşüb.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 28 faiz, o cümlədən idxal 32,1 faiz artıb. İxrac isə 3,8 faiz azalıb.








