Agentlik: Bakı və İrəvan arasında davamlı sülh regionda sabitliyi möhkəmləndirəcək

Agentlik: Bakı və İrəvan arasında davamlı sülh regionda sabitliyi möhkəmləndirəcək

14 Sentyabr 2026

Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda ən mühüm müsbət geosiyasi hadisə Ermənistan və Azərbaycan arasında münasibətlərin davam edən normallaşmasıdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

"Daha dayanıqlı normallaşma regional sabitliyi dəstəkləyir, qarşılıqlı əlaqələri yaxşılaşdırır və bütün Qafqazda ticarət və nəqliyyat əlaqələri üçün yeni imkanlar yaradır. Bununla belə, icra riskləri (sülh prosesi üzrə razılaşmaların - red.) qalmaqdadır və bu yaxınlarda əldə edilmiş irəliləyişin davamlılığı hələ qiymətləndirilməlidir", - agentliyin analitikləri vurğulayıblar.