Naxçıvanlıların bank əmanətləri 41,8 faiz artıb
2026-cı il avqustun 1-nə Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği 46 milyon 458,3 min manat təşkil edib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin bank əmanətləri bir il əvvəlki müvafiq dövrlə müqayisədə 41,8 faiz artıb.
Əmanətlərin 94,3 faizi milli, 5,7 faizi isə xarici valyutada olub. Milli valyutada olan əmanətlərin məbləği illik müqayisədə 43,5 faiz, xarici valyutada olan əmanətlər isə 19 faiz artıb.








