Naxçıvanda sənaye məhsulu istehsalı 4,5 faiz artıb
2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 365 milyon 829,9 min manatlıq sənaye məhsulu istehsal edilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, sənaye məhsulu istehsalı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artıb. İstehsal olunan məhsulun 324 milyon 544,8 min manatı və ya 88,7 faizi malların, 41 milyon 285,1 min manatı və ya 11,3 faizi isə xidmətlərin payına düşüb.
Ümumi sənaye məhsulunun 83,1 faizi emal sənayesinin, 15 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalının, 0,2 faizi isə mədənçıxarma sənayesinin payına düşüb.








