Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq

Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq

14 Sentyabr 2026

2026–2027-ci tədris ilində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 49 min şagird təhsil alacaq. Onlardan 23 640-ı qız, 25 358-i oğlandır.

"️NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yeni tədris ilində məktəbəhazırlıq qruplarında 2 282 uşaq iştirak edəcək. Onların 1 127-si qız, 1 155-i oğlandır.

Eyni zamanda, birinci sinfə 3 603 şagird qəbul olunub. Onlardan 1 698-i qız, 1 905-i oğlandır.

Yeni tədris ilinin başlanması münasibətilə  şagirdlərimizi  müəllimlərimizi və valideynlərimizi, təbrik edirruğurşar arzulayırıq!