Hakan Fidan sabah Azərbaycana səfər edəcək

Hakan Fidan sabah Azərbaycana səfər edəcək

14 Sentyabr 2026

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Hakan Fidanın ikigünlük səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramov və digər rəsmi şəxlərlə görüşləri nəzərdə tutulub.

Məlumatda qeyd edilib ki, görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində15 milyard dollarlıq ümumi ticarət dövriyyəsi hədəfinə çatmaq üçün görüləcək işlər, enerji və nəqliyyat sahələrində ortaq gündəm və layihələr müzakirə ediləcək.

Həmçinin Hakan Fidanın səfəri çərçivəsində Türkiyənin yaxın zamanda ev sahibliyi edəcəyi TDT-nin 13-cü Zirvə görüşü və COP31 ilə bağlı məsləhətləşmələrin aparılması nəzərdə tutulur.