Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb
2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 172 milyon 999,3 min manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ÜDM istehsalı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artıb.
Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi isə 1,9 faiz artaraq 2 480,6 manat təşkil edib.








