Servitut dedikdə nə başa düşülür? -

Servitut dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ

10 Sentyabr 2026

Sual: Servitut dedikdə nə başa düşülür?

Cavab: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən:

1. Servitut — bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır .

2. Servitut — torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər.

3. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır.

Sual Şahbuz  rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Yaqub Salamzadə tərəfindən cavablandırıldı.