İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi nədən ibarətdir? -

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi nədən ibarətdir? - HÜQUQ MƏSLƏHƏTİ

07 Sentyabr 2026

Sual: İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi nədən ibarətdir?

Cavab: İnsan ləyaqəti qorunur və ona hörmət edilir.

Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.