Mürsəl İbrahimov Naxçıvanda vətəndaş qəbulu keçirəcək

Mürsəl İbrahimov Naxçıvanda vətəndaş qəbulu keçirəcək

07 Sentyabr 2026

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov 25 sentyabr 2026-cı il tarixdə saat 10:00-da Naxçıvanda vətəndaş qəbulu keçirəcək.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin inzibati binasında Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul ediləcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 21 sentyabr 2026-cı il tarixədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.