Şərurda minik avtomobilində yanğın baş verib
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonunun Aşağı Daşarx kəndində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində avtomobildə baş verən yanğın genişlənərək ətraf əraziyə, o cümlədən yaxınlıqdakı elektrik dirəyinə yayılmasına imkan verilmədən söndürülüb.
Xəsarət alan olmayıb.








