Kəlbəcərdə yerləşən iki SES-də istehsal edilən enerjinin həcmi açıqlanıb
İstismara verildiyi tarixdən bu ilin avqustun 1-dək Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən "Yuxarı Vəng" Su Elektrik Stansiyasında (SES) 60,1 milyon kVt/saat, "Zar" Kiçik Su Elektrik Stansiyasında (KSES) isə 4,6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərin zəngin hidroenerji potensialı bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməklə yanaşı, "yaşıl enerji" istehsalının artmasına, bu ərazilərdə dayanıqlı və ekoloji təmiz şəhər mühitinin formalaşmasına şərait yaradır.
Qeyd edək ki, 2024-cü ilin sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən 22,5 MVt-lıq "Yuxarı Vəng" SES və Zar çayı üzərində yerləşən 4,3 MVt-lıq "Zar" KSES istismara verilib.








