İlqar Sadıqov Ordubadda vətəndaş qəbulu keçirəcək

İlqar Sadıqov Ordubadda vətəndaş qəbulu keçirəcək

07 Sentyabr 2026

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov tərəfindən Ordubad rayonunda vətəndaş qəbulu keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul sentyabrın 23-ü saat11:00-da Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutacaq.

Qəbul zamanı vətəndaşların şəhərsalma, tikinti, memarlıq, eləcə də Komitənin fəaliyyət istiqamətlərinə aid digər məsələlərlə bağlı müraciətləri dinləniləcək. Qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar veriləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri xahiş olunur.

Qeydiyyat üçün əlaqə: (051) 611-24-13