Naxçıvanın bəzi ərazilərində su kəsiləcək
Bu gün günün ikinci yarısında Naxçıvan şəhərində su təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata görə, diametri 160 mm olan magistral su xəttindən “MİDA” MMC-nin inşa etdiyi yaşayış kompleksinə birləşmə verilməsi həyata keçiriləcək.
Bununla əlaqədar şəhərin Babək məhəllələri ilə Əliqulu Qəmküsar küçəsinin kəsişməsində suyun verilişində gün ərzində fasilə yaranması gözlənilir.
İşlər başa çatdıqdan sonra su təchizatının əvvəlki rejim üzrə bərpa olunacağı bildirilib.
Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istənilir.
📞 “545-01-93” Çağrı Mərkəzi – 7/24
📞 “955” Çağrı Mərkəzi – 7/24








