Sahibə Qafarova ABŞ-yə işgüzar səfərə gəlib

Sahibə Qafarova ABŞ-yə işgüzar səfərə gəlib

06 Sentyabr 2026

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, Nyu-York beynəlxalq hava limanında nümayəndə heyətini Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Tofiq Musayev və digər rəsmi şəxslər qarşılayıblar.