Azərbaycandakı internet trafikində botların payı artıb

Azərbaycandakı internet trafikində botların payı artıb

06 Sentyabr 2026

Bu ilin avqust ayında Azərbaycandakı internet trafikinin 74,36 %-i insanların payına düşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 17,54 faiz bəndi azdır.

Hesabat dövründə botların bazar payı aylıq ifadədə 3,2 dəfə artaraq 25,64 % təşkil edib.

Avqustda qlobal internet trafikinin 72,7 %-i insanların, 27,3 %-i isə botların payına düşüb.