Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 57 %-dən çox artıb

Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 57 %-dən çox artıb

17 Oktyabr 2026

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 376,5 milyon manat investisiya qoyulub.

"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 57,3 % çoxdur.

Bu sektora yatırılan investisiyaların ölkə iqtisadiyyatına kapital qoyuluşunda payı 2,6 % təşkil edib.

2025-ci ildə sektora investisiya qoyuluşu 373,6 milyon manat olub. Bu, 2024-cü illə müqayisədə 46,7 % azdır.