“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub -

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17 Oktyabr 2026

Azərbaycanda keçirilən "Şahinlərin Görüşü - 2026" birgə taktiki-uçuş təliminin növbəti mərhələsi çərçivəsində təlim-məşq uçuşları reallaşdırılıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hərbi qulluqçuları, eləcə də aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Uçuşların gedişatında hərbi qulluqçular çətin pilotaj elementlərini icra edərək havada koordinasiya və döyüş tapşırıqlarının yerinə yetirilməsi istiqamətində praktiki təcrübələrini ortaya qoyublar.

Vurğulanıb ki, hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdirərək müəyyənləşdirilmiş tapşırıqları dəqiq şəkildə həyata keçiriblər.