65 mindən çox uşaq vaksinasiya olunub

65 mindən çox uşaq vaksinasiya olunub

17 Oktyabr 2026

Azərbaycanda cari il avqustun 1-dən sentyabrın 30-dək ümumilikdə 65 mindən çox uşaq vaksinasiyaya cəlb olunub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan uşaq poliklinikalarında, həmçinin regionlarda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ümumilikdə 65 257 uşağa 90 972 peyvənd vurulub.

"Peyvəndlər hər il milyonlarla insanı xəstəlikdən, əlillikdən və vaxtsız ölümdən qoruyan ən təsirli səhiyyə tədbirlərindən biridir", - məlumatda qeyd olunub.