Energetika naziri Naxçıvanda vətəndaşları qəbul edib

Energetika naziri Naxçıvanda vətəndaşları qəbul edib

23 Oktyabr 2026

Energetika naziri Pərviz Şahbazov Naxçıvan şəhərində vətəndaşları qəbul edib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda vətəndaşların elektrik enerjisi və qaz təchizatı, elektrik şəbəkəsinə qoşulma, elektrik verilişi xətlərinin mühafizə zonası, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Babək, Sədərək, Şərur rayonlarından və Naxçıvan şəhərindən olan 15 vətəndaş iştirak edib.