Əlilliyi olan uşağa qulluq edən şəxsin iş stajı hesablanırmı? -

Əlilliyi olan uşağa qulluq edən şəxsin iş stajı hesablanırmı? - HÜQUQ MƏSLƏHƏTİ

07 Sentyabr 2026

Sual: 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxsin qulluq dövrü pensiya hüququ verən iş stajına daxil edilirmi?

Cavab: Bəli. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq edilən dövr pensiya hüququ verən iş stajına daxil edilir. Həmçinin, qulluq edən şəxsə qanunvericiliyə uyğun olaraq müavinət ödənilir.

Əlavə: Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsad nəticəsində xəstələndikdə, onun valideynlərindən biri və ya qanuni nümayəndəsi əlillik müəyyən edilənədək, fasiləsiz iş stajından asılı olmayaraq, orta əməkhaqqının 100 faizi məbləğində müavinət almaq hüququna malikdir.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.