Hansı hərəkətlər inzibati məsuliyyət yaradır?

Hansı hərəkətlər inzibati məsuliyyət yaradır? - HÜQUQ MƏSLƏHƏTİ

04 Sentyabr 2026

Sual: Hansı hərəkətlər inzibati məsuliyyət yaradır?

Cavab: Yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov  tərəfindən cavablandırılıb.