18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxsin qulluq etdiyi müddət pensiya hüququ verən sığorta stajına daxil edilirmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxslərə qulluq etdikləri dövrü pensiya hüququ verən iş stajına daxil edilirmi?
Cavab: 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq dövrü pensiya hüququ verən iş stajına daxil edilir və həmin şəxsə qulluq edən şəxsə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məbləğdə müavinət ödənilir.
Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq əlillik müəyyən edilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi fasiləsiz iş stajından asılı olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir.
Cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov








