Naxçıvanda deyişkən hava şəraiti olacaq – XƏBƏRDARLIQ
Sentyabrın 5-dən 8-dək Naxçıvan Muxtar Respublikasının ərazisində hava şəraitinin dəyişkən olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata görə, sentyabrın 5-dən 7-dək, əsasən dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı, ayrı-ayrı ərazilərdə şimşək çaxacağı ehtimal olunur.
Şərq küləyi əsəcək. Küləyin sürətinin saniyədə 5–10 metr olacağı, sentyabrın 7-də isə bəzi yerlərdə arabir saniyədə 20–25 metrədək güclənəcəyi proqnozlaşdırılır.
Hava şəraiti ilə əlaqədar vətəndaşlara diqqətli olmaları, xüsusilə güclü külək zamanı açıq ərazilərdə, ağacların və müxtəlif konstruksiyaların yaxınlığında ehtiyatlı davranmaları tövsiyə olunur.








