Naxçıvanda yağışlı hava oktyabrın 25-dək davam edəcək

Naxçıvanda yağışlı hava oktyabrın 25-dək davam edəcək

23 Oktyabr 2026

Naxçıvan Muxtar Respublikasının ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 25-dək davam edəcəyi gözlənilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan müddətdə bəzi yerlərdə arabir fasilələrlə yağış yağacaq, şimşək çaxacaq. Yağıntıların ayrı-ayrı ərazilərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir.