Ordubadın Dırnıs kəndindən sel keçib
Ordubadın Dırnıs kəndindən sel keçib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndinə yağan yağışdan sonra daşqın yaranıb.
Hadisənin baş verdiyi ərazidə vəziyyət, selin fəsadları, eləcə də yaşayış evlərinə və təsərrüfat sahələrinə hər hansı ziyanın dəyib-dəymədiyi barədə hələlik ətraflı məlumat yoxdur.
Qeyd edək ki, subasma ilə üzləşən kənd Vənənd çayının sahilində yerləşir.








