Hansı hallarda ekstradisiyadan imtina edilir? -

Hansı hallarda ekstradisiyadan imtina edilir? - HÜQUQ MƏSLƏHƏTİ

28 Avqust 2026

Sual: Hansı hallarda ekstradisiyadan imtina edilir?

Cavab: Şəxsin verilməsindən aşağıdakı hallarda imtina edilir:

1. barəsində sorğu edilən şəxs onun verilməsi haqqında məsələ həll etdiyi zaman Azərbaycan Respublikasının vətəndaşı olduqda;

2. verilməsi haqqında sorğu edilən şəxsə Azərbaycan Respublikası ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada siyasi sığınacaq verildikdə;

3. verilməsi haqqında sorğu edilən şəxsin törətdiyi və verilməyə əsas olan əməl Azərbaycan Respublikası tərəfindən siyasi xarakterli cinayət sayıldıqda;

4. verilməyə əsas olan cinayət Azərbaycan Respublikası ərazisində törədildikdə;

5. şəxsin verilməsinə əsas olan cinayətə görə Azərbaycan Respublikasının ərazisində qanuni qüvvəyə minmiş hökm və ya cinayət təqibinə xitam verilməsi haqqında qərar olduqda;

6. Azərbaycan Respublikasının və ya sorğu edən xarici dövlətin cinayət qanunvericiliyinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə, yaxud ittiham hökmünün icrası müddətləri keçdikdə;

7. Şəxsin verilməsinə əsas olan cinayət sorğu edən xarici dövlətin qanunvericiliyində hərbi xidmət əleyhinə cinayət kimi nəzərdə tutulduqda və hərbi xidmətlə bağlı olmayan başqa cinayətin tərkibini yaratmadıqda;

8. cinayət törətmiş şəxslərin verilməsi ilə bağlı sorğu edən xarici dövlət tərəfindən qarşılıqlı yardım prinsipinə riayət olunmadıqda;

9. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə müvafiq olaraq cinayət xüsusi ittiham qaydasında (zərər çəkmiş şəxsin şikayəti əsasında) təqib edildiyi halda.

Sual Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov tərəfindən cavablandırılıb.