Sevincimizin həddi-hüdudu yoxdur... -

Sevincimizin həddi-hüdudu yoxdur... - MÜSAHİBƏ

28 Avqust 2026

Ötən günlərdə Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yeni mənzillər təqdim edilib. Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli Sərəncamındə nəzərdə tutulduğu kimi, Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün daha 68 mənzil ayrılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mənzillə təmin edilənlər arasında Ordubad rayonundan olan şəhid Nihat Quluzadənin atası Qasım Quliyev və Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş giziri, Babək rayon sakini Elmar Qasımov da var.

44 günlük müharibədə yaralanan Elmar Qasımov “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub. O, Babək şəhərində yeni mənzillə təmin edilməsi ilə bağlı sevincini bizimlə bölüşüb:

“Bu gün sevincimin həddi-hüdudu yoxdur. Dövlətimizin bizə göstərdiyi diqqət və qayğını hər zaman üzərimizdə hiss etmişik. Mənzillə təmin olunmağımız da bu qayğının daha bir göstəricisidir. Bizim kimi qazilərin daim diqqətdə saxlanılması, sosial şəraitinin yaxşılaşdırılması böyük dəyər daşıyır. Buna görə dövlət başçımıza dərin minnətdarlığımı bildirirəm”.

Şəhid Nihat Quluzadənin atası Qasım Quliyev də şəhid ailələrinə göstərilən qayğıdan danışıb:

“Şəhid ailələrinə göstərilən bu yüksək ehtiram və diqqət bizim üçün çox qiymətlidir. Dövlətimizin şəhid ailələrini daim diqqətdə saxlaması bizə böyük mənəvi dəstək verir. Göstərilən qayğıya görə dövlət başçımıza minnətdarlığımı bildirirəm”, - deyə, şəhid atası qeyd edib.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov