Cinayət törətməyə sövq edən şəxs onu törədənlə eyni cəzanı alır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət törətməyə sövq edən şəxs onu törədənlə eyni cəzanı alır?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 64-cü maddəsinə görə iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin – icraçının, təşkilatçının, təhrikçinin, köməkçinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır.
Sual Şərur rayon prokurorunun köməkçisi Nazlı İsmayılzadə tərəfindən cavablandırıldı








