Zamin və borclu birgə məsuliyyət daşıyırmı? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Zamin və borclu birgə məsuliyyət daşıyırmı?
Cavab: Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə (Mülki Məcəllə) və ya zaminlik müqaviləsində zaminin subsidiar (əlavə) məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Sual Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov tərəfindən cavablandırılıb.








