Naxçıvanda hərbi xidmətə çağırışın əsasları ilə bağlı tədbir keçirilib - FOTO
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsində “Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hərbi xidmətə çağırışın əsasları” mövzusunda tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə hərbi xidmətə çağırışla bağlı qanunvericiliyin əsas müddəaları və bu sahədə mövcud hüquqi məsələlər barədə məlumat verilib.
Tədbirdə Baş İdarənin əməkdaşı, polkovnik-leytenant Lətuf Şükürlü giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Prokurorluğun şöbə rəisi, baş ədliyyə müşaviri Əqil Əliyev, Naxçıvan Hərbi Prokurorluğunun əməkdaşı Faiq Quliyev, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Tibbi-Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi Qiymətləndirmə Komissiyasının sədri Bəhruz Məmmədov, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin əməkdaşı, polkovnik-leytenant Vüsal Əliyev mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda hərbi xidmətə çağırışın hüquqi əsasları, çağırış prosesində aidiyyəti qurumların vətəndaşlar qarşısında öhdəlikləri, eləcə də tibbi qiymətləndirmə məsələləri barədə məlumat verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb















