Naxçıvanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 44,8%  artıb

Naxçıvanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 44,8% artıb

21 Avqust 2026

2026-cı ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 115 yeni icarə müqaviləsi bağlanılıb ki, bunlardan 80-i qeyri-yaşayış, 35-i isə torpaq sahələrinə aid olub. 

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətində "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata əsasən, 149 icarə müqaviləsinin müddəti uzadılıb.

Yanvar-iyul ayları ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən ümumilikdə 577 min manat vəsait ödənilib. Ötən yeddi ayda dövlət büdcəsinə daxilolmalar 2025-ci ilin eyni dövrü ilə müqayisədə 44,8 faiz artıb.