Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
Növbəti köç karvanları Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ, Çapar kəndlərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, açarların təqdimetmə mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.








