Azərbaycanda dağ və macəra turizmi üzrə peşəkar bələdçilik və təhlükəsizlik sistemi yaradılacaq

Azərbaycanda dağ və macəra turizmi üzrə peşəkar bələdçilik və təhlükəsizlik sistemi yaradılacaq

20 Avqust 2026

Azərbaycanda dağ və macəra turizmi fəaliyyətləri üzrə peşəkar bələdçilik və təhlükəsizlik sisteminin yaradılması hədəflənir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Bundan başqa, Proqramda "Turizm haqqında" qanunun təkmilləşdirilməsi, turizm sənayesi subyektlərinin fəaliyyətinə dair minimum tələblərin və nəzarət mexanizmlərinin müəyyən edilməsi, turizm sahəsində istehlakçı hüquqlarının qorunması məqsədilə mübahisələrin həlli mexanizminin təkmilləşdirilməsi, mehmanxana (hotel) və digər yerləşmə vasitələri üçün normativ hüquqi aktlarla sanitariya və gigiyena ilə bağlı tələblərin, təhlükəsizlik və fövqəladə hallarla bağlı minimal tələblərin müəyyən edilməsi yer alıb.