Naxçıvanda tütün istehsalı 7 dəfəyə yaxın artıb
Bu ilin avqustun 1-nə Naxçıvan Muxtar Respublikasında 45 778,1 ton dənli və dənli paxlalılar (qarğıdalısız), 24 911,9 ton kartof, 15 332,9 ton tərəvəz, 2 957,4 ton bostan məhsulları, 24 006,9 ton meyvə və giləmeyvə və 16,1 ton tütün yığılıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli paxlalılar istehsalı (qarğıdalısız) 21,6 %, kartof istehsalı 2,3 dəfə artıb.
Bu müddətdə tərəvəz istehsalı 2,7 %, bostan məhsulları istehsalı 71,1 %, meyvə və giləmeyvə istehsalı 2,8 %, tütün istehsalı isə 6,7 dəfə artıb.








