Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 7,7 faiz artıb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 28 lisenziya verilib. Verilmiş lisenziyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7,7 faiz artıb.
Naxçıvan MR İqtisadiyyat Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, cari ilin 7 ayı ərzində Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının verdiyi 4061 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 94,1 min manat vəsait daxil olub.








