Naxçıvanda son 3 ayda 26 zəhərlənmə hadisəsi qeydə
Naxçıvan Muxtar Respublikasında (MR) son 3 ay ərzində 26 zəhərlənmə hadisəsi qeydə alınıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə muxtar respublikanın Yoluxucu Xəstəliklər Mərkəzi Publik Hüquqi Şəxsin rezident-həkim infeksionisti Tahirə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, qeydə alınan halların əksəriyyətinin qarpız və saxlanma şəraitinə düzgün riayət olunmayan qidaların qəbulu ilə əlaqəli olduğu müəyyən edilib.








