Sınaq müddəti hansı hallarda müəyyən edilmir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti müəyyən edilməyən hallar hansılardır?
Cavab: Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti:
yaşı 18-dən az olan şəxslərlə;
müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;
hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;
təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;
ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;
iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;
tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi,ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırılıb.








