Valyuta qaydalarının pozulmasına görə cərimə necə müəyyən edilir? -

Valyuta qaydalarının pozulmasına görə cərimə necə müəyyən edilir? - HÜQUQ MƏSLƏHƏTİ

19 Avqust 2026

Sual: Valyuta tənzimi qaydalarının pozulması  zamanı inzibati cərimənin həddi necə müəyyənləşdirilmişdir?

Cavab: Valyuta tənzimi haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozmaqla, valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə-  inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir.

Sual Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov tərəfindən cavablandırılıb.