Naxçıvanda boşanmaların səviyyəsi açıqlanıb
2026-cı ilin yanvar-iyun aylarında Naxçıvan iqtisadi rayonunda əhalinin hər 1000 nəfərinə 2,2 boşanma düşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə bu göstərici 1,9 təşkil edib.
İqtisadi rayonlar arasında ən yüksək boşanma səviyyəsi Şərqi Zəngəzurda qeydə alınıb. Burada hər 1000 nəfərə 2,5 boşanma düşüb.
Bakı şəhərində göstərici 2,4, Qarabağ iqtisadi rayonunda 2,3, Naxçıvan iqtisadi rayonunda isə 2,2 olub.








