Ermənistanda Zəngəzur dəhlizinin marşrutu dəqiqləşdirilir
"NAXÇIVANXƏBƏRLƏRİ" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş nazir müavini Mher Qriqoryanın ofisindən məlumat verilib.
TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində zəruri tədqiqatlar, hesablamalar və mühəndis-axtarış işləri (o cümlədən dəmir yolu infrastrukturu üzrə) aparılır. İşlər başa çatdıqdan sonra marşrutun son parametrləri, layihənin dəyəri və texniki xüsusiyyətləri bəlli olacaq", - deyə açıqlamada deyilir.
İlkin tədqiqat versiyasının yaxın vaxtlarda hazır olması gözlənilir.








