Sosial şəbəkədə əxlaqsız ifadələrə görə hansı məsuliyyət var? -

Sosial şəbəkədə əxlaqsız ifadələrə görə hansı məsuliyyət var? - HÜQUQ MƏSLƏHƏTİ

18 Avqust 2026

Sual: Sosial şəbəkədə əxlaqsız ifadələr işlədən şəxsə qarşı hansı növ məsuliyyət nəzərdə tutulmuşdur?

Cavab: İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Sual Kəngərli rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Şahmar Həşimov  tərəfindən cavablandırılıb.