Bəyanetmə nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Bəyanetmə nədir?
Cavab: Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən bəyanetmə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi nəzərdə tutulur. Bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxsdir.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırılıb.








