İnzibati tənbeh tətbiq etmə haqqında qərar hansı müddətdə icra edilməlidir? -

İnzibati tənbeh tətbiq etmə haqqında qərar hansı müddətdə icra edilməlidir? - HÜQUQ MƏSLƏHƏTİ

17 Avqust 2026

Sual: İnzibati tənbeh tətbiq etmə haqqında qərar hansı müddətdə icra edilməlidir?

Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. İnzibati cərimə növündə isə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir.

İnzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, müddətin axımı dayanır. Belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan hesablanır.

İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına möhlət verildikdə və ya onun icrası dayandırıldıqda, qərarın icrası müddətinin axımı möhlət verilmə və ya dayandırılma müddəti bitənədək dayanır.

Sual  Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Rəmzi Həsənov tərəfindən cavablandırılıb.