Naxçıvan və Şərurun bəzi ərazilərində qaz olmayacaq

Naxçıvan və Şərurun bəzi ərazilərində qaz olmayacaq

17 Avqust 2026

Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun və Naxçıvan şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ"  bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar olaraq saat 10:00-dan işlər yekunlaşanadək Şərur rayonunun Axaməd, Maxta və Kərimbəyli kəndlərinin, saat 14:30-dan işlər yekunlaşanadək Naxçıvan şəhərinin Əliabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.