Məişət zorakılığı üzrə araşdırmanın aparılması üçün hansı hallar əsas ola bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Məişət zorakılığı üzrə araşdırmanın aparılması üçün hansı hallar əsas ola bilər?
Cavab: “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən zərər çəkmiş şəxsin özünün və ya ailə üzvlərinin şikayəti, habelə fiziki və ya hüquqi şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından, təhsil və tibb müəssisələrindən, QHT-lərdən və media subyektlərindən daxil olmuş müraciətlər məişət zorakılığı üzrə araşdırmanın aparılması üçün əsas ola bilər.
Sual Babək rayon Prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas Gülçin İsgəndərova tərəfindən cavablandırılıb.








